close
Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 215.023 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
BERJAYA
"The Walking Dead" — 2012-ci ildə "Telltale Games" tərəfindən istehsal olunmuş, eyniadlı komiks seriyasına əsaslanan epizodik qrafik macəra videooyunu. Oyunun hadisələri Robert Kirkman tərəfindən yaradılmış eyniadlı komiks seriyasının kainatında cərəyan edir və "Telltale"in "The Walking Dead" videooyun seriyasının ilk hissəsi hesab olunur. Süjet Lii Everett adlı məhkum edilmiş bir şəxsin hekayəsini izləyir. O, Klementina adlı kiçik qızın himayədarına çevrilmişdir. Hadisələr Corciya ştatında baş verən zombi apokalipsisinin başlanğıcı fonunda inkişaf etmişdir. Oyunçunun dialoq seçimləri və müxtəlif hərəkətləri kimi qərarlar süjetin inkişaf istiqamətinə təsir göstərmiş, bu qərarların nəticələri isə oyunun epizodları boyunca davam etmişdir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
BERJAYA
İsveçrədə Holokostun inkarıİsveçrədə Holokostun mahiyyətini qəbul olunmuş tarixşünaslıq çərçivəsində göstərildiyi formada azaldılması və ya inkar edilməsi. Bu kontekstdə inkarçılar Holokostun üç əsas aspektini ya inkar etmiş, ya da azaldmışdı. Bunlara altı milyon yəhudinin öldürülməsi, sistemli məhv üsulları, o cümlədən qaz kameralarının istifadə edilməsi, nasistlərin yəhudiləri tamamilə məhv etmək niyyəti aiddir. Holokostun inkar edilməsi İsveçrədə İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra başlamışdır. Azsaylı olmasına baxmayaraq, isveçrəli inkarçılar AlmaniyaFransada olan inkarçılar üçün ədəbiyyat nəşr etmiş, onları yaymış və beləliklə, mühüm "poçt qutusu" rolunu oynamışdır, çünki bu ölkələrdə belə fəaliyyət qadağan olunmuşdur. 1995-ci ildə "İrqçiliyə qarşı qanun"un qəbul edilməsindən sonra İsveçrə hakimiyyəti inkarçılara qarşı aktiv cinayət təqibi aparmağa başlamışdır. Ölkədə inkarçılara qarşı ən böyük məhkəmə işi Yurgen Qraf işidir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
BERJAYA
Premyer Liqa Qızıl ƏlcəkPremyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004–05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013–14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli