Reqbi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |

Reqbi — iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunu. Bütün dünyada reqbi birliyi (ing. rugby union) və ya reqbi liqası (ing. rugby league) qaydaları ilə oynanır. Bir başqa növü olan yeddili reqbi, həm reqbi birliyi həm də reqbi liqası qaydaları ilə oynana bilər.
Tarixçə
[redaktə | vikimətni redaktə et]1823-də İngiltərədə Reqbi şəhərinin eyniadlı məktəbində yaradılmış bir idmandır.
Cəhd
[redaktə | vikimətni redaktə et]Cəhd xal kimi top rəqibin hesab meydançasında ilk dəfə yerə düşərkən hesablanır
Qol
[redaktə | vikimətni redaktə et]Əgər yenidən vurulan (sərbəst zərbə, qapıdan zərbə istisna olmaqla) zərbə yerə və zərbəni vuran komandanın oyunçusuna dəymədən qapı dirəklərinin arasından keçərsə, bu qol sayılır.
Xallar
[redaktə | vikimətni redaktə et]| Cəhd | 5 xal |
| Cəhddən sonra qol | 2 xal |
| Cərimə zərbəsindən qol | 3 xal |
| Drop-qol (yerdən sıçrayan topa zərbə) | 3 xal |
Reqbi 7
[redaktə | vikimətni redaktə et]Reqbi 7 növündə isə hər komandada 7 oyunçu çıxış edir. Bunlardan 3-ü hücumçu, 4-ü isə müdafiəçi olur. Oyun hər biri 7 dəqiqədən ibarət olan 2 hissəlik olur. Hissələrarası fasilə isə 1 dəqiqə nəzərdə tutulub. Hazırda reqbi 7 100-dək ölkədə yayılıb.[1]
Reqbi 7 olimpiadalarda
[redaktə | vikimətni redaktə et]Reqbi 7 1924-cü il olimpiadasından sonra olimpiya növləri sırasından çıxarılıb. Beynəlxalq Olimpiya Komitəsinin 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə baş tutan 121-ci sessiyasında 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Yeni olimpiya növləri Azərbaycanda". 4 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2009.
