Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən yaxın planetdir. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə 2-ci , kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 a.v. uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. NeptunRoma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.
Hitman: Sniper — 2015-ci ildə "Square Enix Montréal" tərəfindən istehsal edilmiş və "Hitman" seriyası çərçivəsində mobil platformalar üçün buraxılmış atış qalereyası tipli videooyun. Seriyanın əsas qəhrəmanı olan Agent 47 rolunda oyunçu sensor ekran üzərindən snaypernişangahı ilə baxış əldə edir və göl kənarındakı mülkdə toplaşmış bir neçə yüksək vəzifəli hədəfi onların mühafizəçilərini xəbərdar etmədən aradan qaldırmalıdır. Oyunçu ətraf mühitdən istifadə edərək hədəfləri məhv etməyin kreativ yollarını tapır. Bəzi hallarda əlavə tapşırıqlar bu prosesə istiqamət verir. Missiyalarda irəlilədikcə oyunçu daha güclü silahlar və yeni silah bacarıqları əldə edir.
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı — Super Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı. 2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır.
Venesuelada baş verən 7,2 və 7,5 maqnitudalı iki ardıcıl zəlzələ nəticəsində 3600-dən artıq insan həlak olub, 16700-dən artıq insan yaralanıb, on minlərlə insan itkin düşüb.