close
Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 216.727 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
BERJAYA
NeptunGünəş sistemində səkkizinci və məlum olan ən yaxın planetdir. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə 2-ci , kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 a.v. uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
BERJAYA
Hitman: Sniper — 2015-ci ildə "Square Enix Montréal" tərəfindən istehsal edilmiş və "Hitman" seriyası çərçivəsində mobil platformalar üçün buraxılmış atış qalereyası tipli videooyun. Seriyanın əsas qəhrəmanı olan Agent 47 rolunda oyunçu sensor ekran üzərindən snayper nişangahı ilə baxış əldə edir və göl kənarındakı mülkdə toplaşmış bir neçə yüksək vəzifəli hədəfi onların mühafizəçilərini xəbərdar etmədən aradan qaldırmalıdır. Oyunçu ətraf mühitdən istifadə edərək hədəfləri məhv etməyin kreativ yollarını tapır. Bəzi hallarda əlavə tapşırıqlar bu prosesə istiqamət verir. Missiyalarda irəlilədikcə oyunçu daha güclü silahlar və yeni silah bacarıqları əldə edir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
BERJAYA
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısıSuper Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı. 2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli