close
Məzmuna keç

Fiqh

Vikipediya, azad ensiklopediya

Fiqh (ərəb. فقه) — namaz, oruc, təharət və s. şəriət hökmləri haqqında bəhs edən elm. Fiqh elmi ilə məşğul olanlara fəqih deyilirdi.

Fiqh kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir.

İstilahi (şəriət baxımından) mənası: Quran və Məhəmməd peyğəmbərin sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm. İslam hüququ (fıqh) 4 əsas qaynağa dayanır: Quran, Hədis, İcma, Qiyas. Bunların xaricində istihsan, istihlah, örf, məsləhət metodları da var.

İslamiyyətin ilk dövrlərində islam dini ilə bağlı bütün çalışma və mübahisələr fiqh intizamı altında qurulmuşdur.