Yeni osmanlılar — 1865-ci ildə Osmanlı imperiyasındaTənzimat islahatlarının məhdud və qeyri-kafi olduğunu hesab edən bir qrup Osmanlı ziyalısı tərəfindən yaradılmış gizli cəmiyyət. Hərəkatın əsas məqsədi imperiyanın siyasi və inzibati strukturunu islah etmək, onu dağılmaqdan qorumaq və Avropa nümunəsinə uyğun konstitusiyalı idarəetmə formasını tətbiq etmək idi. "Yeni osmanlılar" bu islahatların islamın siyasi və hüquqi prinsipləri ilə uzlaşdırılmalı olduğunu müdafiə etmişdilər. Hərəkat vahid ideoloji platformaya malik deyildi, lakin onun nümayəndələri konstitusiyalı monarxiya, vətənpərvərlik və osmanlıçılıq ideyaları ətrafında formalaşmışdılar. Onun nümayəndələri liberalizm və parlamentarizm kimi avropamənşəli anlayışları islamhüququ ilə sintez etməyə çalışmış, islamın Osmanlı siyasi mədəniyyətində əsas legitimlik mənbəyi olaraq qalmasını vurğulamışdılar. Bu yanaşma "yeni osmanlıları" həm klassik mühafizəkar çevrələrdən, həm də daha radikal qərbyönlü islahatçılardan fərqləndirmişdir..
Azərbaycan mədəniyyətində seksuallıq və erotika — insan seksuallığının və erotikanınAzərbaycan mühitində, cəmiyyətində, mədəniyyətində, adət-ənənələrində və digər sahələrdə təzahür formalarını əhatə edir. Azərbaycanlılar daxil olmaqla bir çox Qafqaz etnik qruplarında 14–15 yaşlı qızların evdən təkbaşına çıxmasına əvvəllər icazə verilmirdi. İndi dövrdə Qafqazın bir çox icmalarında evləndikdən sonra qızların bakirəliyinin evləndiyi bəy tərəfindən gərdək gecəsində pozulması adəti qorunur. Azərbaycan, Ermənistan və Gürcüstanda aparılan tədqiqatlar göstərir ki, respondentlərin 50 faizi qadınların evlənmədən əvvəl cinsi təcrübə yaşamasını qəbuledilməz hesab edir, yalnız 7 faizi isə kişilər üçün eyni təcrübəni qəbuledilməz hesab edir.