Talk
| Talk | |
|---|---|
| | |
| Ümumi məlumatlar | |
| Kateqoriya | Mineral |
| Strunz təsnifatı | VIII/E.04[1] |
| Xüsusiyyətləri | |
| Kristalloqrafik sinqoniya | heksaqonal sinqoniya[d] |
| Bərklik | 1[2][3] |
| Zolaq rəngi | ağ |
| Sıxlıq | 2,75 ± 0,05 q/sm³ |
Talk Mg3 (OH)2 [Si2O5]2 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Növ müxtəliflikləri
[redaktə | vikimətni redaktə et]Villemseit – Ni - talk (Ni : Mg > 2:1); kalsiumlu talk (11,8 %-dək Ca); steatit – mineralın sıx kütlələri və b.
Xassələr
[redaktə | vikimətni redaktə et]Rəng – yaşılımtıl, sarımtıl, bozumtul çalarlı ağ, alma kimi açıq-yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, şüşə, ayrılma səthlərində sədəfi; sıx aqreqatlarda tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik vərəqləri isə şəffafdır; Sıxlıq – 2,7-2,8; Sərtlik – 1; Əllə toxunduqda yağlıdır; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – istiliyi və elektriki pis keçirir; Oda- və turşuyadavamlıdır; Morfologiya – kristallar: nadir rast gələn lövhəvari; Mineral aqreqatları: vərəqvari, pulcuqlu, sıx, gizlikristallik.
Mənşəyi və yayılması
[redaktə | vikimətni redaktə et]Əsasən maqneziumla zəngin hiperbazitlərin hidrotermal dəyişilməsi zamanı əmələ gəlir və olivin və Mg - piroksenlərin hesabına kristallaşır. Talk şistlərinin və listvenitlərin süxur əmələgətirən mineralıdır. Talk habelə karbonat süxurlarının termal metamorfizmi və kontakt - metasomatik dəyişilməsi nəticəsində təzahür edir. Mineralın autigen əmələgəlmələri də məlumdur. Birlikdə rast gəldiyi minerallar: dolomit, piroksenlər, amfibollar, xloritlər və b. Mineralın tapıldığı yerlər: Şabrov (Rusiya); Göpfersqrün, Lobsdorf (Almaniya); Qrodzişe (Polşa); Providens (ABŞ) və b. Azərbaycanda Kiçik Qafqaz hiperbazitlərinin aşınma qabığında və Daşkəsən kontakt-metasomatik dəmir filizi yatağında qeyd edilir.
Tətbiqi
[redaktə | vikimətni redaktə et]Sənayenin elektrotexnika, kimya, kağız, toxuculuq, rezin, boya, keramika və b. sahələrində geniş istifadə edilən mühüm xammaldır. Həmçinin parfyumeriya və sabun istehsalında, təbabətdə və s. tətbiq edilir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- ↑ http://www.britannica.com/EBchecked/topic/387714/Mohs-hardness (ing.).
- ↑ http://books.google.it/books?hl=it&id=eZitKx1zZDAC&q=mohs#v=snippet&q=mohs&f=false (it.).
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004
