Perimetr
Görünüş
Perimetr (yun. περίμετρον — çevrə, yaxud yun. περιμετρέο — ətrafı ölçürəm) — fiqurun sərhəddinin ümumi uzunluğu (əsasən müstəvi üzərində). Uzunluq kəmiyyətləri ilə ölçülür. Perimetrdən tikinti, dizayn, bağçılıq, incəsənət, ərazi idarəetmə kimi olduqca müxtəlif sahələrdə istifadə olunur.[1][2]
Bəzən həndəsi fiqurun sərhədini də perimetr adlandırırlar.
Həndəsi fiqurların perimetr düsturları
[redaktə | vikimətni redaktə et]- Müxtəliftərəfli üçbucaq: a+b+c;
- Bərabəryanlı üçbucaq: 2a+b;
- Bərəbərtərəfli (düzgün) üçbucaq: 3a;
- Düzbucaqlı və paraleloqram: 2(a+b);[3]
- Kvadrat və romb: 4a;
- Müxtəliftərəfli trapesiya: a+b+c+d;
- Bərabəryanlı trapesiya: 2a+b+c.
Düstur
[redaktə | vikimətni redaktə et]| həndəsi fiqur | düstur | dəyişənlər |
|---|---|---|
| çevrə | burada — çevrənin radiusu isə diametr. | |
| üçbucaq | burada , və — üçbucağın tərəflərinin uzunluqlarıdır. | |
| kvadrat/romb | burada tərəfin uzunluğudur. | |
| düzbucaqlı | burada uzunluq(oturacaq), isə enidir. | |
| bərabərtərəfli çoxbucaqlı | burada tərəflərin sayı, а isə tərəfinin uzunluğudur. | |
| düzgün çoxbucaqlı | burada tərəflərin sayı, а isə çoxbucaqlının mərkəzindən bu çoxbucaqlının təpələrindən birinə qədər olan məsafədir. | |
| istənilən çoxbucaqlı | burada bucaqlının tərəflərinin uzunluğudur. |
Nümunə
[redaktə | vikimətni redaktə et]- Çoxbucaqlının perimetri onun tərəfləri cəminə bərabərdir.
- dairənin perimetri (onun çevrəsinin uzunluğu)
-yə bərabərdir, burada =3.14159… -sabit, — dairənin radiusu; — dairənin diametridir. - Üçbucaqla əlaqəli düsturlarda (məsələn üçbucağın sahəsinin Heron düsturu ilə hesablanması zamanı) yarımperimetr anlayışından da istifadə edirlər. (Yarımperimetr — perimetrin yarısıdır.)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Real-Life Applications of Perimeter. Arxiv surəti 14 iyul 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 6 iyul 2026.
- ↑ What is perimeter in maths? Arxiv surəti 10 iyul 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 6 iyul 2026.
- ↑ Perimeter. Arxiv surəti 6 iyul 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 6 iyul 2026.
