Lill-Babs
| Lill-Babs | |
|---|---|
| isv. Lill-Babs | |
| | |
| Ümumi məlumatlar | |
| Doğum adı | Barbro Margareta Svensson |
| Ləqəbi | Lill-Babs[1] |
| Doğum tarixi | 9 mart 1938[2][3] |
| Vəfat tarixi | 3 aprel 2018[4][5][…] (80 yaşında) |
| Vəfat səbəbi | ürək çatışmazlığı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni, aktrisa, televiziya aparıcısı, avtobioqraf[d] |
| Fəaliyyət illəri | 1954-cü ildən |
| Janrlar | pop musiqisi, soul |
| Albom şirkətləri | Polydor Records |
| Mükafatları |
|
| lill-babs.com | |
Lill-Babs əsl adı Barbro Marqareta Svensson (isv. Barbro Margareta «Lill-Babs» Svensson; 9 mart 1938[2][3] – 3 aprel 2018[4][5][…]) — İsveç müğənnisi, aktrisası və teleaparıcısı. Lill-Babs 1950-ci illərin sonundan etibarən 2018-ci ildəki vəfatına qədər İsveçin ən populyar sənətçilərindən biri olub. O, 1961-ci ildə Kann şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "April, april" ("Aprel, aprel") mahnısı ilə İsveçi təmsil edib. Müğənni həmçinin özünün "Är du kär i mej ännu Klas-Göran?" ("Hələ də mənə aşiksən, Klas-Yoran?") mahnısı ilə də çox yaxşı tanınıb.
Həyatı
[redaktə | vikimətni redaktə et]
Barbro Marqareta Svensson Stokholmdan 290 km şimalda yerləşən Yervsö şəhərində anadan olub. İlk dəfə 11 yaşında kilsədə oxumağa başlayıb. Onun ilk açıq çıxışı akkordeonda onu müşayiət edən atasının həmkarı ilə birgə baş tutub. Svensson ilk dəfə 1953-cü ildə Yervsödə Uşaqların Müdafiəsi Günündə səhnəyə çıxıb. Qısa müddət sonra o, Lasse Şönninqin orkestri ilə çıxış etməyə başlayıb. Barbro 1954-cü ildə səhər radio şousunda mahnı oxuyarkən diqqəti çəkib. Onun ifası Simon Bremin xoşuna gəlib və o, Svenssonu Stokholma gətirərək "Bal Palais" restoranında peşəkar debütünə şərait yaradıb. Müğənni ilk musiqi albomunu (iki mahnıdan — "Min mammas boogie" və "Svar till 'Ung och kär'" ibarət qrammofon valını) 1954-cü ildə buraxıb.[6][7]
Brem 1967-ci ildəki vəfatına qədər Barbronun meneceri olub. Svenssona "Lill-Babs" (Balaca Babs) səhnə adını məhz Brem verib. Bu ad o dövrdə daha yaşlı və müqayisəolunmaz dərəcədə məşhur olan müğənni Alisa Babs (Alice Babs) ilə söz oyunu və paralellik yaratmaq məqsədilə düşünülüb. Lill-Babs televiziyada debütünü 1957-ci ildə edib, onun öz adı ilə yayımlanan ilk şou isə 1958-ci ildə işıq üzü gürüb. 1959-cu ildə o, Stikkan Andersonun "Är du kär i mej ännu Klas-Göran?" ("Hələ də mənə aşiksən, Klas-Yoran?") mahnısını ifa edib və bu bəstə dövrün əsl hitinə çevrilib. Lill-Babs, həmçinin İsveçin "Svenska Floyd" və "En nolla för mycket" bədii filmlərinə də çəkilib.[8]
Avroviziya və sonrakı karyerası
[redaktə | vikimətni redaktə et]
Lill-Babs 1961-ci ildə Avroviziya Mahnı Müsabiqəsində "April, april" ("Aprel, aprel") mahnısı ilə İsveçi təmsil edib. Bu mahnı milli seçim turunda Siv Malmkvist tərəfindən ifa olunsa da, Kann şəhərində keçirilən əsas müsabiqəyə Lill-Babs göndərilib və o, yarışmada 14-cü yeri tutub. Lill-Babs İsveçin "Melodifestivalen" mahnı festivalında üç dəfə — 1960, 1961 və 1973-cü illərdə çıxış edib. 1969-cu ildə o, Norveçin "Melodi Grand Prix" yarışmasında da qüvvəsini sınasa da, baş mükafatı qazana bilməyib. Avroviziyadan qısa müddət sonra o, Qərbi Almaniyada karyerasına başlayıb və burada bir neçə filmə çəkilib. O, həmçinin ABŞ musiqi bazarı üçün ingilis dilində iki sinql lentə aldırıb.[9][10][11]
Lill-Babs "The Beatles" qrupu ilə 1963-cü ildə, SVT kanalında yayımlanan "Drop-In" yeniyetmə musiqi şousunun əsas qonağı olarkən tanış olub. O vaxt hələ dünyada tanınmayan qrup üzvləri ondan avtoqraf istəyiblər. 1970-ci illərdə o, "Folkan" teatrında "Kar de Mumma" rəqs-bədii proqramlarında oynayıb, həmçinin Göteborqda "Annie Get Your Gun" müziklində Enni Oukli rolunu ifa edib.[12]
Televiziya fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Lill-Babs İsveçin SVT televiziyasında "Hemma hos Lill-Babs" (1987), "Morgonlust" (1988), "Vem tar vem" (1990) və "Cocktail" (1991) kimi bir neçə verilişin aparıcısı olub.
2010-cu ildə o, TV4 kanalında yayımlanan "Så mycket bättre" ("Belə daha yaxşıdır") adlı şouda iştirak edib. 2012-ci ildə SVT-nin "Stjärnorna på slottet" ("Qəsrdəki ulduzlar") proqramına qatılaraq öz karyerası haqqında danışıb. 2017 və 2018-ci illərdə SVT-nin "Bonusfamiljen" serialının iki mövsümündə Guqge adlı lezbiyan obrazını canlandırıb (onun vəfatından sonra serialın ssenarisində dəyişikliklər edilməli olub). 2017-ci ildə TV4 telekanalı onun həyat və yaradıcılığından bəhs edən iki hissəli "Lill-Babs, Leva livet" ("Lill-Babs, Həyatı yaşamaq") sənədli filmini nümayiş etdirib.[13]
Şəxsi həyatı və digər faktlar
[redaktə | vikimətni redaktə et]Lill-Babs 1965–1968-ci illərdə müğənni Lasse Berqhagen ilə evli olub. 1969–1973-cü illərdə isə norveçli futbolçu Kjell Kaspersen ilə ailə həyatı qurub. Onun üç qızı dünyaya gəlib: Monika Svensson (1955 təvəllüdlü), Malin Berqhagen (1966 təvəllüdlü) və Kristin Kaspersen (1969 təvəllüdlü).[14][15][16]
O, 1996-cı ildə "Hon är jag" ("O, mənəm") adlı avtobioqrafik kitabını nəşr etdirib. 2017-ci ildə Lill-Babs İsveç Musiqisinin Şöhrət Zalına (Hall of Fame) daxil edilib.[17]
Lill-Babsın xatirəsi
[redaktə | vikimətni redaktə et]Svensson 3 aprel 2018-ci ildə qısamüddətli xəstəlikdən sonra vəfat edib. Onun ölümünə xərçəng xəstəliyi ilə ürək çatışmazlığının birgə fəsadları səbəb olub.
Vəfat etdiyi gün həm SVT, həm də TV4 telekanalları yayım proqramlarını dəyişərək Lill-Babs haqqında verilişlər təqdim ediblər. SVT onun fəaliyyətinə həsr olunan 2004-cü il tarixli "Lill-Babs i 50 år" sənədli filmini yenidən nümayiş etdirib. TV4 isə müğənniyə dair bir neçə verilişi, o cümlədən 2017-ci ildə çəkilən sənədli filmi efirə buraxıb. Lill-Babson ölüm xəbəri yayılan səhər aparıcı Malu fon Siversin səhər şousu tamamilə onun xatirəsinə həsr olunub. "Sveriges Radio" radiosu da eyni şəkildə öz yayım şəbəkəsində dəyişiklik edərək Svensson haqqında proqramlar yayımlayıb.
Diskoqrafiyası
[redaktə | vikimətni redaktə et]Albomları
[redaktə | vikimətni redaktə et]Lill-Babs zəngin diskoqrafiyası var.[18]
- 1962: Splorr
- 1964: Svensson hyllar Alpertsson
- 1967: Lill-Babs
- 1968: Lill-Babs
- 1971: Välkommen till världen
- 1972: Jag ska sjunga för dig
- 1973: Hurra hurra
- 1975: Det våras för Barbro
- 1976: Lev mänska lev
- 1977: På scen
- 1979: Till mina vänner
- 1982: Lill-Babs i en show av Lars Forssell
- 1982: Det är ju min show! (på cd 1998)
- 1984: Barbro
- 1998: Who’s Sorry Now
- 2005: Här är jag
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Deutsche Nationalbibliothek Lill-Babs // Gemeinsame Normdatei (alm.). 2012—2016.
- 1 2 Barbro M ”Lill-Babs” Svensson // (unspecified title).
- 1 2 Järvsö kyrkoarkiv, Födelse- och dopböcker, SE/HLA/1010096/C/12 (1927-1943), bildid: F0011236_00254, sida 235.
- 1 2 Dagens Nyheter (швед.). Sverige: 1864. 282800 nüs. ISSN 1101-2447
- 1 2 Lill-Babs // filmportal.de. 2005.
- ↑ Brown, Andrew. "Lill-Babs obituary". The Guardian (ingilis). 10 aprel 2018. 10 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2021.
- ↑ "Barbro "Lill-Babs" Svensson". www.hant.se. 24 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ Sveriges Radio. "Swedish icon Barbro "Lill-Babs" Svensson is dead at 80 - Radio Sweden" (ingilis). 3 aprel 2018. 4 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "Lill-Babs passed away". EuroVisionary (ingilis). 3 aprel 2018. 4 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ NRK. "– Lill-Babs kunne ha vore ei verdsstjerne". NRK (nünorsk norveç). 29 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "Svensk succé. Lill-Babs & Co i en tidsresa till schlagerns guldålder. - DN.SE". DN.SE (isveç). 11 yanvar 2006. 3 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ Sveriges Radio. "Barbro "Lill-Babs" Svensson är död - P4 Stockholm" (isveç). 3 aprel 2018. 4 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "Från The Beatles till Bonusfamiljen – här är "Lill-Babs" liv - DN.SE". DN.SE (isveç). 3 aprel 2018. 3 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "Lill-Babs - Uppslagsverk - NE.se" (isveç). www.ne.se. 5 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "1063 (Vem är det : Svensk biografisk handbok / 1993)" (isveç). runeberg.org. 7 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "Lill-Babs mindre kända dotter – gått en annan väg än systrarna". Hemmets. 19 dekabr 2017. 3 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "Fan, vad bra jag har varit". Aftonbladet (isveç). 3 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
- ↑ "Lill-Babs" (ingilis). Discogs. 2 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]
Vikianbarda Lill-Babs ilə əlaqəli mediafayllar var.- Official website
- Lill-Babs — IMDb səhifəsi
