close
Məzmuna keç

VentureBeat

Vikipediya, azad ensiklopediya
VentureBeat
Loqonun şəkli
URL venturebeat.com
Tipi xəbər saytı, təşkilat, qəzet
Dilləri ingilis dili
Açılma tarixi sentyabr 2006
Alexa reytinqi
  • 5.079 (2017, 2021)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"VentureBeat" — bloq tipli ABŞ veb saytı. Saytın məzmunu inkişaf etməkdə olan texnologiyalara, innovativ şirkətlərə və onların liderlərinə yönəlmişdir. "VentureBeat" şirkəti "The New York Times" tərəfindən İnternetdəki ən yaxşı bloqlardan biri seçilmişdir və onun məzmunu tez-tez "NYTimes.com", "BusinessWeek",[1] "Yahoo! Yahoo!",[2] "Daily Radar"[3] və başqaları tərəfindən istinad edilib.

Müstəqil "VentureBeat" şirkəti və eyniadlı sayt 2006-cı ilin sentyabrında 1994-cü ildən jurnalist kimi çalışmış və bir neçə jurnalistika mükafatına layiq görülmüş Mett Marşall tərəfindən təsis edilmişdir. 2008-ci ilin oktyabrında The New York Times GigaOM ilə birlikdə VentureBeat-ı internetdəki ən yaxşı texnologiya bloqlarından biri adlandırmışdır.[4]

2010-cu ildə VentureBeat Steysi Koheni satış direktoru işə götürərək öz biznes komandasını qurmağa başlamışdır.

  1. "Blogs". 4 avqust 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2010.
  2. "VentureBeat". 18 noyabr 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2010.
  3. "VentureBeat". 22 iyul 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2010.
  4. "VentureBeat and GigaOM in Technology" (ingilis). The New York Times. 27 avqust 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2011.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]