Nou-hau
Nou-hau (ing. know how — bilirəm necə) və ya istehsalat sirri — 1)hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə; 2)texniki məsələni, yaxud digər məsələni, həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri.
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük əldə etməyə imkan verir. Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi ölkələrdə bura patentlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir.
Tətbiq praktikası
[redaktə | vikimətni redaktə et]Müəllif əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və nou-nou eyni anlayışlardır.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Əliquliyev, Rasim; Şükürlü, Sədaqət; Kazımova, Sevda. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları. 2009. 201. ISBN 978-9952-434-12-5.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Manual on Technology Transfer Negotiation, United Nations Industrial Development Organization (A Reference for Policy-makers and Practitioners on Technology Transfer), United Nations Industrial Development Organization, Vienna, Austria (1996) ISBN 92-1-106302-7
- Licensing Guide for Developing Countries, World Intellectual Property Organization (WIPO), Geneva, 1977, ISBN 92-805-0395-2
