close
Məzmuna keç

Lisini

Vikipediya, azad ensiklopediya
Lisini
lat. Gaius Valerius Licinianus Licinius
BERJAYA
11 noyabr 308 18 sentyabr 324
Şəxsi məlumatlar
Doğum adı Licinius
Doğum tarixi təq. 263(0263)[1][2]
Vəfat tarixi 325(0325) (61–62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Fəaliyyəti siyasətçi
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263[1][2]325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru.

Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrikaİspaniyanı qəsbkar Maksensi, Konstantin isə QalliyaBritaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur. Konstantin Lisinini Pannoniya və Myoziya vilayətlərini təslim etməyə məcbur etmişdir. Bunun ardınca Lisini 10 il ərzində ordusunu genişləndirmiş və böyük bir xəzinə toplamışdır. 324-cü ildə Konstantin onu Adrianopolda və yenidən Xrisopolda məğlub etmişdir. Lisini təslim olmuş, Salonikiyə sürgün edilmiş və növbəti il ​​üsyan cəhdi ittihamı ilə edam edilmişdir.[3][4]

  1. 1 2 Е. З. Лициний (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIIа. С. 864.
  2. 1 2 Adkins L. Handbook to Life in Ancient Rome (ing.). OUP, 1998. P. 31. ISBN 0-19-512332-8
  3. "Licinius". 13 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2022.
  4. "Valeri Licinià Licini". 13 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2022.

Əlavə ədəbiyyat

[redaktə | vikimətni redaktə et]
  • Grant, Michael (1993), The Emperor Constantine, London. ISBN 0-7538-0528-6
  • Pears, Edwin. “The Campaign against Paganism A.D. 324.” The English Historical Review, Vol. 24, No. 93 (January 1909): 1–17.